Xəbər lenti

"Rusiya iqtisadiyyatı “SSRİ-dən aşağı” səviyyəyə düşür" - İqtisadçı ekspert
Dünya11:33 02.04.2022

"Rusiya iqtisadiyyatı “SSRİ-dən aşağı” səviyyəyə düşür" - İqtisadçı ekspert

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Qərbin Rusiyaya tətbiq etdiyi sanksiyalar ölkə iqtisadiyyatını dərin böhrana sürükləyəcək və bunu sadə vətəndaşlar da hiss edəcək".
Qaynarinfo xəbər verir ki, bu sözləri "Observer”ə iqtisadçı ekspert Sergey Fursa deyib. Fursanın fikrincə, Rusiyaya qarşı ən sərt sanksiya Mərkəzi Bankın ehtiyatlarının dondurulmasıdır:
"Başa düşməlisiniz ki, davam edən təcrid, bir çox xarici şirkətin Rusiyanı tərk etməsi, ölkəyə da çox ağır zərbə vurur. Çünki indi qlobal iqtisadiyyatın bütün ölkələrdə izləmək belə çətin olan çoxlu əlaqələr var. İndi bu zəncirlərin çoxu qırılıb. Bu, yaxın 3-6 ayda işsizliyin sürətlə artmasına səbəb olacaq. Və bu da iqtisadiyyat üçün çox ağrılı prosesdir. Ona görə də Mərkəzi Bankın ehtiyyatları var ki, lazım olan anda ondan istifadə edilir. Amma Rusiya Mərkəzi Bankı bundan məhrum olub".
Ekspertin sözlərinə görə, sadə rusiyalılar qiymətlərin artması, o cümlədən rublun gizli devalvasiyası səbəbindən sanksiyalar hiss edəcəklər. Sonrakı proses isə işlərinin itirilməsidir. 
"Heç bir çöküş olmayacaq. Çox aşağı səviyyəyə keçmiş iqtisadiyyat olacaq və orada tüstülənəcək" deyə Fursa bildirib.
Ekspert bildirib ki, sanksiyalara görə Rusiya Federasiyası "SSRİ-dən aşağı” səviyyəyə düşür:
Aydın