Xəbər lenti

Rusiya İranı sıxışdırıb Hindistanın bitum bazarını ələ keçirməyə çalışır - Həmid Hüseyni
Dünya08:01 17.07.2022

Rusiya İranı sıxışdırıb Hindistanın bitum bazarını ələ keçirməyə çalışır - Həmid Hüseyni

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İran bitumunun böyük hissəsi Hindistan bazarına çıxarılır və Rusiya hazırda İranın bitumunu Hindistanda əvəz etməyə çalışır.
Qaynarinfo Dw-nin fars bölməsinə istinadən xəbər verir ki, bunu İran Neft, Qaz və Neft-Kimya Məhsulları İxracatçıları Birliyinin baş katibi Həmid Hüseyni deyib.
Bu ölkənin Ukraynaya təcavüzünə görə Rusiya nefti Qərb ölkələri və Amerika tərəfindən sanksiyalara məruz qalıb və Moskva indi ucuz neft məhsulları tədarük edərək Hindistanda İran bazarını ələ keçirməyə çalışır. 
Amma İran və Rusiyanı sərt rəqabətə gətirən təkcə bitum deyil. Artıq həm də ucuz və güzəştli neftin tədarükü İran üçün problemə çevrilib.
Bloomberg xəbər agentliyi daha əvvəl Rusiyanın neft satışına görə 30 dollar endirim etdiyi barədə məlumat vermişdi, İran isə neft ixracı üçün brokerlərə cəmi 20 dollar endirim edir.
Qeyd edək ki, bundan əvvəl Rusiya İranın Çin neft bazarındakı payını böyük endirimlərlə ələ keçirməkdə ittiham olunurdu.
M.Arif