Xəbər lenti

Rusiya işğal etdiyi Ukrayna ərazilərini ilhaq etmək üçün referenduma hazırlaşır
Dünya07:05 22.07.2022

Rusiya işğal etdiyi Ukrayna ərazilərini ilhaq etmək üçün referenduma hazırlaşır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Kreml işğal etdiyi Ukrayna zonalarının ilhaqı üçün zəmin yaratmaq məqsədilə referendum  keçirməyə hazırlaşmağa başlayıb.
Qaynarinfo xəbər verir ki, bu barədə "Bloomberg” Rusiyanın planlarından xəbərdar olan mənbələrə istinadən məlumat yayıb.
Mənbəyə görə, layihə Ukraynanın şərqindəki Donetsk və Luqansk vilayətlərinə, həmçinin Xerson və Zaporojyanın cənub vilayətlərinə diqqət yetirməklə, keçmiş baş nazir və Rusiya prezident administrasiyasının indiki müavini Sergey Krinko tərəfindən həyata keçirilir.
Ukrayna ərazisinin ilhaqı ilə bağlı referendum keçirməkdə məqsəd sentyabrın ortalarında bu əraziləri Rusiyanın öz ərazisinə birləşdirdiyini elan edə bilməkdir.
Bloomberg həmçinin bildirib ki, Rusiya ordusunun Ukrayna ərazisində son irəliləyişləri bu layihənin həyata keçirilməsinin əsas hərəkətverici qüvvəsinə çevrilib.
Bloomberg-in məlumatına görə, bəzi işğal olunmuş ərazilərdə Rusiya öz himayəsi altında olan məmurları idarəçiliyə təyin edib və hətta rublu pul vahidi kimi dövriyyəyə buraxıb. Həmçinin Rusiya işğal olunmuş rayonların əhalisi arasında Rusiya pasportlarının paylanmasına başlayıb.
M.Arif