Xəbər lenti

Rusiya işğalının ildönümü: Zelenski ukraynalılara müraciət etdi (VİDEO)
Dünya07:22 24.02.2023

Rusiya işğalının ildönümü: Zelenski ukraynalılara müraciət etdi (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Fevralın 24-də Rusiyanın genişmiqyaslı işğalının ildönümündə prezident Vladimir Zelenski ukraynalılara müraciət edib. O, nitqinə ukraynalıların müqaviməti haqqında sözlərlə başlayıb və 2023-cü ilin işğalçı üzərində qələbə ili olacağına əminliyini bildirib.
Qaynarinfo xəbər verir ki, o videomüraciətini özünü Teleqram kanalında yerləşdirib. 
"Fevralın 24-də milyonlarlainsanımız seçim etdi: ağ bayraq yox, mavi-sarı bayraq. Qaçış yox, qarşılaşma. Düşmənlə qarşılaşma. Müqavimət və mübarizə", - prezident qeyd edib.
O deyib ki, mübarizə ili dərd, peşmanlıq, inam və birlik ili olub.
Daha sonra Prezident Aparatının işğalın ildönümü şərəfinə yaydığı videomüraciətdə Zelenski vurğulayıb:
"Biz güclüyük. Biz hər şeyə hazırıq. Hamını məğlub edəcəyik. Çünki biz Ukraynayıq!" - mən bu sözləri bir il əvvəl, genişmiqyaslı müharibə başlayandan bəri ilk müraciətimdə demişdim. Sabah nə olacağını bilmirdik. Ancaq onlar dəqiq başa düşdülər: hər sabah üçün mübarizə aparmaq lazımdır! Düz bir ildir ki, duruş gətiririk”.
Dövlət başçısı vurğulayıb ki, Ukrayna təhdidlərə, atəşə, kaset bombalarına, qanadlı raketlərə, kamikadze dronlara, qaralmalara, soyuğa tab gətirəcək, çünki ukraynalılar bunların hamısından güclüdür.
Alpər