Xəbər lenti

Rusiya “İsrail üzrə Yəhudi Agentliyi”ni ləğv edir - Putindən göstəriş
Dünya05:11 22.07.2022

Rusiya “İsrail üzrə Yəhudi Agentliyi”ni ləğv edir - Putindən göstəriş

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiya Ədliyyə Nazirliyi İsrailə immiqrasiya ilə bağlı Rusiya qanunlarını pozduğuna görə "Saxnut” kimi tanınan "İsrail üzrə Yəhudi Agentliyi”nin ləğvi üçün petisiya başladıb.
Qaynarinfo bu barədə "Jpost"a istinadən xəbər verir.
Bəzi xəbər mənbələri Rusiya Ədliyyə Nazirliyinin Yəhudi Agentliyinə qarşı hərəkətə keçməsindən sonra İsrailin Rusiya səfirinin Moskvadan izahat tələb etdiyini də açıqlayıb.
İsrail mənbələrinin məlumatına görə, Rusiya Ədliyyə Nazirliyi bu ayın əvvəlində Yəhudi Agentliyinə məktub göndərərək qanun pozuntuları və onların nəticələrini təfərrüatlandırıb. Agentliyin rəsmiləri Rusiya ədliyyə sistemindən göstəriş aldıqlarını və problemin həlli yollarını tapmaq üçün İsrail Xarici İşlər Nazirliyi ilə məsləhətləşmələr apardıqlarını təsdiqləyiblər.
Yəhudi Agentliyinin sözçüsü Rusiya hökuməti ilə daimi təmaslara toxunaraq deyib: 
"Biz Rusiyadakı Yəhudi Agentliyinin bağlanmasının qarşısını almaq üçün əlimizdən gələni etdik, lakin Rusiyanın məhkəmə orqanları yuxarı instansiyalardan tələb və göstərişlər alıb". 
O, yəhudi icmasının bu hökmün verilməsi ilə bağlı narahatlığına işarə edərək deyib: 
"Müddəti nəzərə alaraq, yəhudilər bu ölkəni vaxtında tərk edə bilməyəcəklərindən narahatdırlar”.
Qeyd edək ki, Moskva ilə Təl-Əviv arasında münasibətlər Ukraynadakı müharibədən və İsrailin Kiyevi dəstəkləməsindən sonra gərginləşib.
Məlumata görə iyulun 28-də Moskvanın Basman Rayon Məhkəməsində Yəhudi Agentliyinin ləğvi barədə ilkin hazırlıq iclası keçiriləcək.
Vurğulanır ki, İsrail üzrə Yəhudi Agentliyi 1929-cu ildə dünya yəhudiləri ilə bu ölkə arasında əlaqələr qurmaq məqsədi ilə yaradılıb. Agentlik yəhudilərin İsrailə köçürülməsi üçün də fəaliyyət həyata keçirib.
M.Arif