Xəbər lenti

Rusiya İstintaq Komitəsi: Orxan Zeynalov ötən il həbsdən azad olunub
Dünya11:38 16.10.2013

Rusiya İstintaq Komitəsi: Orxan Zeynalov ötən il həbsdən azad olunub

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

25 yaşlı Moskva sakini Yeqor Şerbakovun öldürməsində təqsirli bilinərək saxlanılan Azərbaycan vətəndaşı Orxan Zeynalov törətdiyi cinayət əməlini etiraf edib.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə Rusiya İstintaq Komitəsinin xüsusi nümayəndəsi Vladimir Markin bildirib.

Onun sözlərinə görə, dindirmə zamanı Orxan Zeynalov işin istintaqını aparan müstəntiqlərə Yeqor Şerbakova bıçaq zərbəsi vurduğunu etiraf edib.

V.Markin Orxan Zeynalovun 2011-ci ildə Moskvanın Naqatinski rayon məhkəməsi tərəfindən yol hərəkət qaydasını pozduğuna görə 1 il azadlıqdan məhrum edildiyini də söyləyib: “O, 2012-ci ildə azadlığa çıxıb və qanunsuz avtomobil idarə edərək taksi fəaliyyəti ilə məşğul olub. Hazırda Orxan Zeynalovun barəsində həbs-qətimkan tədbirinin seçilməsi məsələsinə baxılır”.

Qaynar.info