Rusiya kəşfiyyat təyyarələri Danimarka və İsveç hava məkanını pozduğu üçün Rusiyanın bu ölkələrdəki səfirləri xarici işlər nazirliyinə çağrılıb.
Qaynarinfo "Aljazeera” saytına istinadla xəbər verir ki, bu barədə Danimarka və İsveç rəsmiləri
bildirib.
Rəsmilər bildirir ki, 5-ci gün Rusiya təyyarəsi əvvəlcə Danimarka, daha sonra İsveç hava məkanına daxil olub.
Danimarka xarici işlər naziri Cep Kofod bildirib ki, Rusiyanın Danimarkadakı səfiri qəbuledilməz kəşfiyyat təyyarəsi hadisəsinə görə XİN-ə çağırılıb.
"Rusiyanın yenidən Danimarka hava məkanını pozması – bu, tamamilə qəbuledilməz və hazırki vəziyyətdə xüsusilə narahatedicidir”, - Kofod deyib.
Danimarka müdafiə nazirliyindən bildirilib ki, Rusiya təyyarələri Danimarka hava ərazisində çox qısa müddətlik olub. Dərhal 2 F-16 müdaxilə edib.
İsveç müdafiə naziri Peter Haltqvist Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibə səbəbindən regiondakı gərginliyin hökm sürdüyü bir vaxtda Rusiyanın bu hərəkətini qeyri-profesional və uyğunsuz adlandırıb.
Müdafiə naziri Rusiyaya məxsus AN 30 təyyarəsinin hava məkanına daxil olmasının izlənildiyini və qeydə alındığını bildirib.
Qeyd edək ki, mart ayının əvvəlində 4 Rusiya döyüş təyyarəsi İsveç hava ərazisinə daxil olmuşdu.
Nurlan Hüseynov
Şərhlər