Xəbər lenti

Rusiya Ka-52 hücum helikopterlərinin işini nümayiş etdirdi (VİDEO)
Dünya08:52 28.05.2022

Rusiya Ka-52 hücum helikopterlərinin işini nümayiş etdirdi (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiya Müdafiə Nazirliyi xüsusi əməliyyat zamanı Ka-52 hücum helikopterlərinin idarə olunmayan təyyarə raketləri ilə Ukrayna hərbçilərinin mövqelərinə necə zərbələr endirdiyini göstərən video yayımlayıb.
Qaynarinfo bu barədə Rusiya mediasına istinadla xəbər verir.
Rusiya MN qeyd edir ki, Ka-52 həm də xüsusi tapşırıqların həlli üçün - taktiki vəziyyət haqqında məlumatların əldə edilməsi, hədəflərin lazerlə işıqlandırılması, rabitənin təşkili və günün istənilən vaxtında kəşfiyyat məlumatlarının ötürülməsi üçün istifadə olunur.
Bundan əlavə, videoda Mi-8AMTSh nəqliyyat və hücum helikopterlərinin və ağır Mi-26 nəqliyyat helikopterlərinin boşluqlar, relyef qırışıqları boyunca və birbaşa meşələrin üstündə son dərəcə aşağı hündürlüklərdə uçuşları göstərilib.
Vitebsk helikopterinin bort müdafiə kompleksinin işi də videoda yer alıb.
Alpər