Xəbər lenti

Rusiya Kalininqrada görə Litvanı hədələyirdi, əvəzində bütün Aİ-yə idxal qadağası gəldi
Dünya07:05 11.07.2022

Rusiya Kalininqrada görə Litvanı hədələyirdi, əvəzində bütün Aİ-yə idxal qadağası gəldi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İyulun 10-dan Aİ-nin dördüncü sanksiyalar paketi çərçivəsində Rusiyadan Aİ-yə sement, spirt və bir sıra digər malların idxalına qadağa qüvvəyə minir.
Qaynarinfo Sputnik-ə istinadla xəbər verir ki, məhdudiyyətlər bu malların Kalininqrad vilayətinə tranzitinə təsir göstərə bilər.
Məhdudiyyətlərin növbəti genişlənməsi avqustun 10-da, kömür və digər bərk mədən yanacaqlarına qoyulan qadağanın qüvvəyə minməsi gözlənilir. Bu ilin dekabrın 5-dən və gələn ilin fevralında Aİ-nin sanksiyaları Rusiyanın neft və neft məhsullarına da (xüsusi şərtlərlə) şamil edilməlidir.
İyunun 18-dən Litva Kalininqrad vilayətinə Rusiyanın əsas hissəsindən Avropa İttifaqının anti-Rusiya sanksiyalarına düşmüş malların tranzitini dayandırıb.
Rəsmi Vilnüsə görə, sanksiya tətbiq edilən malların Kalininqrada idxalına qadağa Aİ-nin sanksiyalarına əsaslanır. Rusiya Xarici İşlər Nazirliyi Kalininqrada tranzitin dayandırılmasını qeyri-qanuni adlandırır və blokadanın götürülməyəcəyi təqdirdə cavab tədbirləri ilə hədələyir.
Alpər