Xəbər lenti

Dünya 13:11 23.03.2024

Rusiya kəşfiyyatı: ABŞ terrorla bağlı əvvəlcədən məlumat verib (YENİLƏNİB)

TASS, RİA Novosti, İnterfaks: Rusiya Federasiyası ABŞ-dan terror aktının hazırlanması barədə məlumat alıb.

Rusiyanın aparıcı media qurumları - TASS, "RİA Novosti" və "İnterfaks" Rusiya kəşfiyyat xidmətindəki mənbələrə istinadən məlumat yayıb ki, Amerika tərəfi Moskvada terror aktlarının hazırlanması barədə qaerşı tərəfə faktiki məlumat verib. 

Qaynarinfo-nun məlumatına görə, lakin hər üç qurum qeyd edir ki, məlumat dəqiqləşdirilmədən ümumi olub.

"Bu məlumat ümumi xarakter daşıyıb. Belə məlumatlar olub, amma konkret heç nə olmayıb", deyə mənbələr qeyd edib.

Qeyd edək ki, martın 22-də axşam Moskva yaxınlığındakı Krasnoqorskdakı "Krokus Siti Hall" binasında terror aktı baş verib. Naməlum şəxslər konsert zalında insanlara atəş açıb. İstintaq Komitəsinin məlumatına görə, 93 nəfər həlak olub, 120-dən çox insan yaralanıb. 

Daha sonra Ağ Evin Milli Təhlükəsizlik Şurasının sözçüsü Eydrien Uatson ABŞ-ın mart ayında Moskvada insanların sıx toplaşdığı yerlərdə terror aktının hazırlanması ilə bağlı məlumat aldığını və bu məlumatı Rusiya ilə paylaşdığını bildirib.

11.36

Moskva vilayətində dinc sakinlərə hücuma görə məsuliyyəti İŞİD daşıyır. 

Qaynarinfo xəbər verir ki, "New York Times" qəzetinin adı çəkilməyən amerikalı rəsmilərə istinadən verdiyi məlumata görə, ABŞ mart ayında "İslam Dövləti”nin Rusiyada terror aktı planlaşdırdığına dair kəşfiyyat məlumatları toplayıb. ABŞ rəsmilərindən biri deyib ki, İŞİD üzvləri Rusiyada fəaldırlar.

ABŞ kəşfiyyat agentlikləri kəşfiyyat məlumatı toplayıb və mart ayına qədər İŞİD-in Əfqanıstan hücrəsi olan Vilayət Xorasanının Moskvada terror aktı planlaşdırdığı qənaətinə gəliblər. ABŞ-ın antiterror rəsmilərinin bildirdiyinə görə, nisbi sakitlik dövründən sonra İŞİD Avropada hücumlar planlaşdırmağa qayıdıb. Üstəlik, bu planların əksəriyyəti pozulub.

"Soufan Group" təhlükəsizlik konsaltinq şirkətinin terrorla mübarizə üzrə analitiki Kolin Klark İŞİD-in son iki ildə Rusiyaya "fiksasiya edildiyini" söyləyib və Putini təbliğatında tənqid edib. Terror qruplaşmasının tərəfdarları deyirlər ki, onun əlində müsəlmanların qanı var - Rusiyanın Çeçenistan, Suriya və Əfqanıstandakı müharibələri nəzərdə tutulur.

"The New York Times” onu da yazır ki, ABŞ martın 7-də Rusiyada törədilən terror aktları təhlükəsini təkcə açıq şəkildə deyil, həm də özəl şəkildə Rusiya rəsmilərinə çatdırıb.

ABŞ rəsmisi "CBS News"a bildirib ki, ABŞ İŞİD-in məsuliyyət iddiasını dəstəkləmək üçün kəşfiyyat məlumatlarına malikdir və buna şübhə etmək üçün heç bir əsas yoxdur.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->