Rusiyada 6198 yeni koronavirus hadisəsi qeydə alınıb.
Qaynarinfo xəbər verir ki, Əməliyyat qərargahında qeyd olunduğu kimi, yoluxanların ümumi sayı 87 147 nəfərə çatıb. Bu isə rəsmi məlumatlara əsasən COVID-19 ilə əlaqəli 83,912 yoluxmanın olduğu bildirilən Çini üstələmək deməkdir.
Bundan əlavə, son bir gündə Rusiya Federasiyasında 50 nəfər koronavirusdan ölüb. Qurbanların ümumi sayı 794 nəfərdir. Bu göstərici üzrə isə 4.600-dən çox insanın öldüyü ÇXR qabaqdadır.
Alpər