Video 14:59 15.03.2023

Rusiya Krımda 3-cü sinif şagirdlərini müharibəyə hazırlayır (VİDEO)

Rusiyanın təbliğat nəşri RİA Novosti Krımda ibtidai və orta məktəb şagirdlərinə avtomat yığmağı, kamuflyaj formasda əlbəyaxa döyüş öyrətdiyi məktəbdən video yayımlayıb.

Qaynarinfo xəbər verir ki, bu barədə Pravda.com.ua yazıb

"Krımdakı məktəblərin birində ilkin hərbi hazırlıq kursları açılıb”, - süjetdə deyilir.

Yayımlanan videoda orta məktəb şagirdləri Kalaşnikov avtomatını sürətlə yığmağı məşq edirlər.

Kamuflyaj forması geyinmiş uşaqların (3-4-cü sinif şagirdləri. – red.) əvvəlcə sadəcə olaraq avtomatlarla poza verdiyi, sonra isə əlbəyaxa döyüş bacarıqlarını nümayiş etdirdiyini kadrlardan görmək olar.

Alpər