Xəbər lenti

Rusiya Krımda partlayışlara görə Ukraynanı niyə ittiham etmir? - Portnikov
Dünya10:40 10.08.2022

Rusiya Krımda partlayışlara görə Ukraynanı niyə ittiham etmir? - Portnikov

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Krımın Novofedorovka hərbi aerodromunda baş verən partlayışlardan sonra Rusiya mətbuatı səbəblərlə bağlı bir sıra versiyalar dərc edib. Lakin heç biri Ukraynanın baş verənlərdə iştirakını nəzərdə tutmayıb.
Deyəsən, hər şey tam əksinə olmalı idi axı. Vitali Portnikov "Krım.Realii” üçün yazır ki, Moskva Ukraynanı Krımda atəş və ya təxribat törətməkdə ittiham etməli və bununla da ərazisində Rusiya qoşunlarının "xüsusi əməliyyat” keçirdiyi dövlətin "aqressivliyini” sübut etməyə çalışmalı idi.
Axı, bu müharibə ərəfəsində Rusiya prezidenti Vladimir Putin Ukraynanın NATO-ya daxil olmasının əsas təhlükəsinin Ukraynanın "Rusiya Krımı”na iddialı olmasını vurğulamışdı. Və əgər Ukrayna Krımı hərbi yolla azad etmək istəyəcəksə, bu halda Rusiya ilə NATO arasında münaqişə sadəcə qaçılmaz olacaq. Amma eyni zamanda Rusiya prezidenti Ukraynanın Krımı hərbi gücün köməyi ilə azad etməyə hazır olduğuna dair heç bir sübut-dəlil göstərməmişdi. Saki yaxınlığındakı partlayışlar, bu da sizə sübut-dəlil. Götürün, istifadə edin. Amma nədənsə götürüb istifadə etmirlər.  
Götürüb istifadə etmirlər, halbukı, Krımda illər boyu ukraynalı "təxribatçılar” axtarışında olublar, hətta kinorejissor Oleq Sentsov və ya jurnalistlər Nikolay Semena və Vladislav Esipenko da törədilməmiş cinayətlərdə ittiham olunublar. Onlar barəsində saxta ittihamlar, saxta hökmlər çıxarılıb. Və real partlayışlar olanda baş verənləri səhlənkarlıq kimi izah etməyə çalışırlar. Bundan sonra qonşu dövləti hədələmək və ya kimisə "terror aktına” görə həbs etmək səbəbi olan Ukrayna təxribatı deyil, sadəcə səhlənkarlıqdır.
Bəs niyə? Görünür, bunlar real partlayışlardır və başqa bir məhkəməsi şou üçün səhnələşdirilmiş hadisə deyil. Real partlayışlara görə müvafiq xüsusi xidmət orqanları cavabdehdir. Və bu o deməkdir ki, onlar öz vəzifələrini icra edə bilmirlər? Bu o deməkdir ki, əgər Krım atəşə tutulursa, onun üzərində etibarlı hava hücumundan müdafiə sistemi yoxdur. Və əgər bu təxribatdırsa, effektiv xüsusi xidmətlər yoxdur. Deməli, Krımın "müqəddəs” təhlükəsizliyi yoxdur?
Bunu kim etiraf etmək istəyəcək ki? Həqiqətən də, belə bir etirafa görə televiziya tamaşaçıları qarşısında deyil, Rusiya təhlükəsizlik qüvvələrinin işğal olunmuş əraziləri qoruya bilməməsinə görə "1 nömrəli tamaşaçı”ya cavab verməli olacaq. Və əgər "əsas tamaşaçı”nın özü də reallıqdan xəbərdardırsa, sizcə, o, bu reallığı nümayiş etdirmək istəyəcəkmi?
Belə çıxır ki, əgər əvvəlcə "göstərişlər” almamış rus təbliğatçıları aerodromdakı partlayışları tələsik şəkildə "bu artıq ağ oldu” ifadəsi ilə şərh edirdilərsə, sonradan baş verənləri izah etmək üçün informasiya məkanından "səhlənkarlıq” versiyası bütün digər variantları sıradan çıxarıb. Qadağan olan yerdə siqaret çəkilib, vəssalam. Yanğın təhlükəsizliyinə riayət edilməlidir. 
Təkcə onu qeyd etmək qalır ki, əgər sovet xüsusi xidmət orqanları Lubyankadakı varisləri kimi "effektiv” olsaydılar, ABŞ prezidenti Franklin Ruzveltin, Böyük Britaniyanın baş naziri Uinston Çörçilin və SSRİ Xalq Komissarları Sovetinin sədri Stalinin təyyarələri çətin ki, Saka yaxınlıındakı aerodroma təhlükəsiz şəkildə enə bilərdilər. Və məşhur Yalta konfransı heç vaxt baş tutmazdı.
Lakin "Yalta dünya nizamı” Rusiya prezidenti Vladimir Putinin hərəkətləri ilə çoxdan məhv edilib. Əminəm ki, müasir Rusiya üçün anti-Hitler koalisiyasında müttəfiqlərin bu konfransının keçirilməsi faktının, o qədər də əhəmiyyəti yoxdur. Odur ki, aerodromda "siqaret çəkməyə" davam edə bilərsiniz.
Nizami Bağırov