Xəbər lenti

Rusiya Kursk reportajlarına görə italyan müxbirlərə cinayət işi açdı, səfiri çağırdı
Dünya07:24 17.08.2024

Rusiya Kursk reportajlarına görə italyan müxbirlərə cinayət işi açdı, səfiri çağırdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiya Xarici İşlər Nazirliyi İtaliyanın Moskvadakı səfirini bu həftə Ukraynanın nəzarətində olan Kursk vilayətinin bir hissəsindən reportaj hazırlayan İtaliyanın dövlət televiziyası RAI-nin bir qrup müxbirinin "sərhədi qeyri-qanuni keçməsi” ilə əlaqədar çağırdığını bildirib.
Qaynarinfo xəbər verir ki, bu barədə "Reuters" yazır.
"Səfir İtaliyanın RAI dövlət televiziya və radio şirkətinin çəkiliş qrupunun Rusiya Federasiyasının ərazisinə qanunsuz daxil olan hərəkətləri ilə bağlı kəskin etirazını bildirib”, - deyə məlumatda bildirilir.
Öz növbəsində, İtaliya Xarici İşlər Nazirliyi Reuters agentliyinə bildirib ki, səfir Sesiliya Piççioni Rusiya hakimiyyətinə RAI və onun xəbər qruplarının "fəaliyyətlərini tamamilə müstəqil və avtonom şəkildə planlaşdırdıqlarını” izah edib.
Məlumdur ki, RAI çərşənbə günü xarici media üçün Rusiyanın Sudja şəhərindən Ukraynanın Rusiya ərazisinə hücumunun ilkin mərhələsində lentə alınan ilk reportajı yayımlayıb.
"Reuters" qeyd edib ki, Ukrayna hərbçilərinin müşayiəti ilə işləyən italyan çəkiliş qrupu müharibədən zərər çəkmiş şəhərdən kadrlar yayımlayıb.
Eyni zamanda, Rusiyanın "Baza” "Telegram" kanalı ölkənin Daxili İşlər Nazirliyinin iki RAI jurnalistinə qarşı Rusiya sərhədini qanunsuz keçmək faktı ilə bağlı cinayət işi başlatmağı planlaşdırdığını bildirib.
Alpər