Xəbər lenti

Rusiya Kurska görə Kiyevdəki hökumət məhəlləsinə hücum edə bilər - "The Times"
Dünya06:34 12.08.2024

Rusiya Kurska görə Kiyevdəki hökumət məhəlləsinə hücum edə bilər - "The Times"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiya Ukrayna hərbçilərinin Kursk vilayətinə hücumuna görə qisas almaq istədiyi üçün Kiyevə kütləvi raket və PUA zərbələri endirə bilər.
Qaynarinfo xəbər verir ki, bu barədə "The Times” yazır.
Qeyd olunur ki, bir neçə günlük sükutdan sonra Ukrayna prezidenti Volodimir Zelenski Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətində irəliləməsinə eyham vuraraq Kiyevin "müharibəni işğalçı əraziyə doğru sıxışdırdırdığını” bildirib. 
Ukrayna müdafiə nazirliyindəki yüksək rütbəli mənbə bildirib ki, Ukrayna hazırda Kiyevdə mühüm hədəflərə zərbə endirmək cəhdləri şəklində Rusiya Federasiyasının aqressiv cavabına hazırlaşır.
Mənbə qeyd edib ki, rusiyalılar parlament və digər hökumət binalarına hücum etməyə cəhd edə bilərlər.
"Rusiya dünyaya qüdrətli olduğunu və Kurska hücumun cəzasız qalmayacağını göstərmək üçün çox sərt cavab vermək zərurəti hiss edəcək”, - deyə adı açıqlanmayan mənbə bildirib.
Onun sözlərinə görə, Rusiyanın yeni hücumu çox güman ki, dörd raketdən çox olacaq.
"Yüzlərlə (hava hədəfi - red.) ola bilər, burada mürəkkəb silahlardan - qanadlı raketlərdən, ballistik raketlərdən və kamikadzelərdən istifadə oluna bilər. Və bu, bizim hava hücumundan müdafiəmiz üçün böyük problemə çevrilə bilər. Amma inanıram ki, biz onların qarşısını ala bilərik”, - mənbə əlavə edib.
Nizami Bağırov