Xəbər lenti

Rusiya “Leopard”lara qarşı Putinin təhdidindən başqa nəylə çıxa bilər? - Hərbi ekspert
Dünya09:31 04.02.2023

Rusiya “Leopard”lara qarşı Putinin təhdidindən başqa nəylə çıxa bilər? - Hərbi ekspert

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ukrayna tezliklə müasir Qərb tanklarını, xüsusən də "Leopard”ı alacaq. Rusiya artıq onları məhv etməklə hədələyir və hətta bunu edənlərə mükafat vəd edir. Həmçinin, Rusiya Federasiyası "Armata” T-14 tanklarını Ukrayna döyüş meydanına çıxara bilər.
Qaynarinfo bu barədə "Kanal 24”ə istinadla xəbər verir.
Hərbi ekspert, Ukrayna Silahlı Qüvvələrinin general-mayoru Sergey Savçenkonun sözlərinə görə, ruslar hazırda "Leopard”lara qarşı tarazlıq yaratmaq üçün müasir texnikaya malik deyillər. 
Buna görə də Rusiya Federasiyası tərəfdaşlarından silah istəyir: KXDR-dən - sursat və texnika, Tacikistandan - T-72 tankları.
Savçenkonun sözlərinə görə, Rusiyanın heç bir müasir silahı yoxdur. Nələri vardısa, istifadə ediblər. Əgər o müasir silahlar olsaydı belə, "Leopard” tanklarının qarşısını ala bilməzdilər.
"Ən yaxşılarının yarısı "şərti" Buçada və ya Sumidən Kiyevə gedən yolda yandı", - ekspert hesab edir.
Yanvarın 25-də Almaniya 14 ədəd Leopard-2 tankının Ukraynaya təhvil verilməsinə və digər ölkələrə təkrar ixraca icazə verib. Tezliklə onları Norveç, Polşa və Almaniyanın özü Ukraynaya təhvil verəcək.
2023-cü il fevralın 1-də Peskov bildirib ki, Ukraynada sıradan çıxarılan "Abrams” və "Leopard” tankları üçün Rusiya biznes nümayəndələrinin vəd etdiyi pul mükafatları belə zirehli texnikaların məhvinə töhfə verəcək.
Rusiya prezidenti Vladimir Putin Qərbin Ukraynaya Leopard-2 tanklarının tədarükü ilə bağlı razılığa gəlməsindən qəzəblənib. "Biz onların sərhədlərinə tanklarımızı göndərmirik, amma bizim də verəcəyimiz bir cavab var. Zirehli texnikanın istifadəsi ilə iş bitmir. Bunu hamı başa düşməlidir", - o hədələyib.
Alpər