"KTMT və İttifaq Dövləti çərçivəsində mümkün yardım yalnız müstəsna hallarda Minskə göstərilə bilər”.
Qaynarinfo xəbər verir ki, bu sözləri Rusiya senatoru Oleq Morozov qeyd edib. Onun sözlərinə görə, bu, tərəflərin qanuni öhdəliklərində nəzərdə tutulub.
Federasiya Şurasının üzvü əlavə edib ki, "beynəlxalq hüquq baxımından" Rusiya Prezidenti Vladimir Putin və belaruslu həmkarı Aleksandr Lukaşenko xüsusi bir şey deməyiblər.
"İttifaq Dövləti və KTMT çərçivəsində tərəflərin qanuni öhdəlikləri var", - Morozov əlavə edib.
Senator qeyd edib ki, söhbət ondan gedir ki, "Belarusdaxili böhranın kənardan hərbi həlli yolverilməzdir və bunun qarşısı alınmalıdır”. Eyni zamanda, daxili siyasi problemləri həll etmək üçün Belarusun daxili qanunvericiliyinin normaları tətbiq edilməlidir və bu, hər hansı bir xarici müdaxiləni istisna edir.
Qeyd edək ki, bundan əvvəl Lukaşenko Putinə zəng edib. Prezident seçkilərindən sonra Belarusda qəlizləşən vəziyyəti müzakirə ediblər.
Bununla yanaşı, Putin İttifaq Dövlətinin yaradılması haqqında sazişin prinsipləri əsasında Lukaşenkaya kömək göstərməyə hazır olduğunu təsdiqləyib. Onun sözlərinə görə, lazım olarsa, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı vasitəsi ilə Lukaşenkoya kömək ediləcək.
Alpər