Xəbər lenti

Rusiya Lvov şəhərinə beş raket zərbəsi endirdi
Dünya10:42 18.04.2022

Rusiya Lvov şəhərinə beş raket zərbəsi endirdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiya Ukraynanın qərb şəhəri Lvova beş raket zərbəsi endirib.
Qaynarinfo xəbər verir ki, bu barədə "Reuters” saytına vilayət rəhbəri Maksim Kozitski məlumat verib.
Raket zərbələri nəticəsində 6 nəfərin həyatını itirdiyi, 8 nəfərin isə yaralandığı bildirilir.
Ukrayna prezidentinin sözcüsü Mixayıl Podalyak Rusiyanın Ukraynaya təcavüzünün davam etdiyini bildirib.
"Ruslar barbar şəkildə havadan Ukrayna şəhərlərini bombalamağa davam edir və həyasızcasına bütün dünyaya ukraynalıları öldürmək haqlarını bəyan edirlər”,- deyə Podalyak öz twitter səhifəsində yazıb.
Nurlan Hüseynov