Xəbər lenti

Rusiya mədənçiləri xaricə kriptovalyuta ixrac edə biləcək
Dünya14:59 12.12.2023

Rusiya mədənçiləri xaricə kriptovalyuta ixrac edə biləcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Kriptovalyuta mədənçiliyi ilə məşğul olan Rusiya şirkətləri çıxarılan sikkələri xaricə ixrac edə biləcək.
Qaynarinfo TASS-a istinadən xəbər verir ki, bunu Rusiya maliyyə nazirinin müavini İvan Çebeskov deyib.
Onun sözlərinə görə, təbii qaz ixracatçıları ilə eyni qaydalar mədənçilər üçün də tətbiq oluna bilər.
"Kriptovalyutanın ixracını mədənçilik fəaliyyətinin məhsulu kimi istifadə etməyə imkan verən qanun layihəsi var. Bu misaldan istifadə edərək biz konsept hazırladıq ki, mədənçi çıxardığını ixrac edə bilsin", deyə Çebeskov bildirib.
Bundan əvvəl Rusiya Bankı və Maliyyə Nazirliyi kriptovalyutalarla bağlı mövqelərini razılaşdırıblar. Xüsusilə, beynəlxalq ödənişlərdə rəqəmsal aktivlərin istifadəsinə dair yanaşmalar barədə qərar qəbul ediblər.
Aydın