Rusiya Xarici İşlər Nazirliyinin üçüncü departamentinin rəhbəri Aleksandr Sternik bildirib ki, "strateji səbr” Moskvanın Mərkəzi Asiyadakı tərəfdaşlarla bağlı siyasətinin əsasını təşkil edir və bunun üzərində "praktik hərəkətlər” qurulur.
Qaynarinfo xəbər verir ki, bunu diplomat "Valday” beynəlxalq diskussiya klubunda "Mərkəzi Asiya və Ukrayna böhranı” adlı konfransda "Kommersant”ın Moskvanın region ölkələrinin anti-Rusiya sanksiyalarına əməl etməsi kimi "birmənalı olmayan” hərəkətlərinə reaksiyası ilə bağlı sualını cavablandırarkən deyib.
"Biz bütün oyunçuların hərəkətlərini ilk növbədə Rusiyanın maraqlarına zərər vurmaq və ya vurmamaq nöqteyi-nəzərindən qiymətləndiririk.Biz bundan adekvat nəticələr çıxarırıq, o cümlədən Rusiya Federasiyası ilə bu çoxşaxəli əlaqələri itirməməkdə həyati maraqlı olan tərəfdaşlarla birlikdə. Hətta bu münasibətlərin məhdudlaşdırılmasına dair bir eyham belə iqtisadi itkilərlə nəticələnə bilər ki, baş bilənlərin (Qərb oyunçuları nəzərdə tutulur. - red) heç bir təzminat vədi onları qarşılaya bilməz", deyə Sternik bildirib.
Aleksandr Sternik onu da qeyd edib ki, dünyanın digər regionlarındakı birliklərdən fərqli olaraq, Rusiyanın iştirakı ilə Avrasiya İqtisadi İttifaqı və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı kimi beynəlxalq təşkilatlarda "çubuq intizamı” yoxdur.
"Əgər görsək ki, A ölkəsinin mövqeyi B ölkəsinin mövqeyi ilə üst-üstə düşmür, biz A və ya B tərəfini tutmaqdansa, moderator mövqeyini tutmağa üstünlük veririk”, deyə diplomat əmin edib və bu prinsipin Cənubi Qafqazda və Mərkəzi Asiyada tətbiq edildiyini qeyd bildirib.
Sternik həmçinin qeyd edib ki, Rusiya region ölkələrinin, məsələn, Xəzər dənizi vasitəsilə yeni nəqliyyat dəhlizlərinin işə salınması təşəbbüslərinə sakit yanaşır: "Dünya bazarlarına yeni çıxışlar axtarmaq hər bir ölkənin suveren hüququdur".
Nizami Bağırov