
Qollarına “Qeorqevski” sarğısı bağlayan bir neçə nəfər şəxs Xarkov şəhərində Ukraynanın torpaq bütövlüyü tərəfdarlarını qanına qəltan edib.
Aktual.az xəbər verir ki, hadisə Taras Şevçenkonun abidəsi önündə baş verib.
Şahidlərın verdiyi məlumata görə, şəhər mərkəzində Ukrayna əleyhinə aksiya keçirən şəxslərə etiraz edən ukraynalı gənclər birincilərin qəddar təzyiqi ilə üzləşib.
Kütlənin hücumundan ehtiyatlanan gənclər yaxınlıqdakı metroda gizlənməyə cəhd ediblər. Lakin orada onları təqib edən kütlə 3 nəfər gənci ölümcül şəkildə döyüblər.
Qaynar.info

