Xəbər lenti

Rusiya millisi son anda Olimpiadaya buraxıldı
İdman14:20 04.08.2016

Rusiya millisi son anda Olimpiadaya buraxıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Rusiyanın daha bir idman növü üzrə yığması Rio-2016-ya buraxılıb. 

Qaynarinfo.Az xəbər verir ki, şimal qonşularımızın cüdo millisi Olimpiadada tam heyətlə iştirak edəcək.

Bu barədə qərarı Beynəlxalq Cüdo Federasiyası qəbul edib. Rusiya yığması yarışda 11 idmançı ilə təmsil olunacaq. Bunların 7-si kişi, 4-ü qadın cüdoçulardır.

Qeyd edək ki, Beynəlxalq Olimpiya Komitəsi iyulun 24-də Rusiya yığmasının tamamilə Olimpiadadan kənarlaşdırılmasına dair qərar vermişdi. Ayrı-ayrı növlər üzrə yığmaların iştirakı ilə bağlı qərar çıxarmaq isə müvafiq beynəlxalq federasiyalara tapşırılıb.

Qaynarinfo.Az