Xəbər lenti

Rusiya miqrantlardan xarici pasport istəyəcək
Dünya13:38 15.04.2013

Rusiya miqrantlardan xarici pasport istəyəcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Rusiya bu ildən Müstəqil Dövlətlər Birliyinə üzv olan ölkələrin vətəndaşlarından xarici pasport tələb edə bilər.

Baş nazirin müavini Dmitri Roqozin bildirib ki, yaxın vaxtlarda MDB ölkələri vətəndaşlarının Rusiyaya xarici pasportsuz girişi qadağan ediləcək. Roqozin prezident Vladimir Putinin Federasiya Şurasına müraciətində bu məsələnin 2015-ci ilə qədər həll olunması üçün vaxt verdiyini xatırladıb. Baş nazirin müavini bir neçə ay içərisində bu istiqamətdə qərarın qəbul edilməli olduğunu bildirib.

Qaynar.info