ABŞ-ın yüksək rütbəli məmurları koronavirusun səbəblərinin araşdırılmasına qəsdən müdaxilə ediblər.
Qaynarinfo TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Silahlı Qüvvələrinin Radiasiya, Kimyəvi və Bioloji Müdafiə Qoşunlarının (RCBZ) rəisi, general-leytenant İqor Kirillov deyib.
"Hərbi bioloji dosye ilə məşğul olanlar arasında, COVID-19 pandemiyasının yayılmasında iştirak edənlər və keyfiyyətsiz peyvəndlərin paylanmasından maddi fayda əldə edənləri xüsusi qeyd etmək lazımdır", deyə rusiyalı general ABŞ-ın hərbi bioloji fəaliyyətləri ilə bağlı brifinq zamanı bildirib.
General-leytenantın sözlərinə görə, onların arasında Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş direktoru Gina Haspel, ABŞ-ın səhiyyə naziri Aleks Azar və Ağ Evin müşaviri Entoni Fauçi də var. Onların hamısı COVID-19 pandemiyasının səbəblərinin araşdırılmasına qəsdən mane olub, ictimai rəyi manipulyasiya ediblər.
O, həmçinin bildirib ki, Amerikanın "Pfizer" və "Moderna" əczaçılıq şirkətlərinin rəhbərləri Albert Bourla və Stefan Bansel o zaman insan sağlamlığı üçün təhlükəli olan dərmanların satışından artıq gəlir əldə ediblər.
General-leytenant bildirib ki, dosyedə həmçinin Pentaqonun podratçı təşkilatlarının rəhbərləri - "Metabiota"nın baş direktoru Nita Madhav və "EcoHealth Alliance"ın prezidenti Piter Daszakın adı çəkilir. Onlar ABŞ hökumətinin büdcəsindən COVID-19-un mənşəyinin öyrənilməsinə ayrılmış vəsaitlərin yuyulmasında iştirak edirlər.
Aydın
Şərhlər