Xəbər lenti

Rusiya MN koronavirusa qarşı peyvəndin hazır olduğunu açıqladı
Sağlamlıq06:32 21.07.2020

Rusiya MN koronavirusa qarşı peyvəndin hazır olduğunu açıqladı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Hərbi virusologlar tərəfindən Qamaleya Milli Epidemiologiya və Mikrobiologiya Mərkəzi ilə birlikdə hazırlanmış koronavirus infeksiyasına qarşı ilk Rusiya peyvəndi hazırdır.
Qaynarinfo xəbər verir ki, bu barədə Müdafiə nazirinin birinci müavini Ruslan Tsalikov "Argumentı i Faktı" qəzetinə müsahibəsində bildirib.
"Test nəticələrinin son qiymətləndirmələri artıq mütəxəssislərimiz və Milli Tədqiqat Mərkəzinin alimləri tərəfindən aparılıb. Peyvənddən sonra istisnasız olaraq, koronavirus immuniteti almış bütün könüllülər özlərini yaxşı hiss ediblər", - Tsalikov deyib.
Tsalikovun sözlərinə görə, Rusiya Silahlı Qüvvələri bu cür tədqiqat və iş aparmaq üçün ciddi elmi və klinik potensiala malikdir. Beləliklə, Rusiya hərbi virusoloqları və həkimləri Ebola da daxil olmaqla təhlükəli xəstəliklərə qarşı peyvəndlərin hazırlanmasında birbaşa iştirak edirlər.
Alpər