Xəbər lenti

Dünya 16:30 03.07.2022

Rusiya Moldovaya hücum edəcək? - NATO baş katibinin müavini açıqladı

"Ukraynaya hərbi müdaxilənin beşinci ayında Rusiya Moldovada sabitliyi pozmağa çalışır, lakin Dnestryanı bölgəsinə hecum etməyə hərbi gücü çatmır".

Qayanrinfo "Moldova 1"ə istinadən xəbər verir ki, bunu NATO baş katibinin müavini Mirça Coana deyib.

Coane qeyd edib ki, hazırda NATO Rusiyanın Moldovaya mümkün müdaxiləsi ilə bağlı qorxuya səbəb olacaq əlamətlər görmür:

"Bu gün biz hərbi narahatlıq elementləri görmürük. Bunu çox aydın şəkildə deyirik, Moldova Respublikası ilə bağlı heç bir narahatlıq yoxdur. Rusiya Federasiyasının hərbi potensialı yoxdur, lakin Dmitri Medvedevin təzyiq, sabitliyi pozmağa yönəlmiş bəyanatları və təhdidləri var", deyə Coana bildirib.

"Ukraynanın Rusiyaya müqavimət göstərmək üçün kifayət qədər resurslara malik olması vacibdir, buna görə də NATO Kiyevi dəstəkləməyə və Moldova Respublikasında təhlükəsizliyi gücləndirməyə davam edəcək", deyə NATO rəsmisi əlavə edib.

Qeyd edək ki, 2022-ci il aprelin 14-də Moldova hakimiyyəti Rusiya ordusunu Moldova vətəndaşlarını işə götürməyə cəhddə ittiham edib. Bu açıqlama Böyük Britaniya hərbi kəşfiyyatının Moskvanın Dnestryanıda insanları cəlb etməklə Ukraynadakı qüvvələrini artırmağa çalışdığını bildirməsindən bir neçə gün sonraya təsadüf edir.

Aprelin 25-də Dnestryanı Moldov Respublikasının paytaxtı Tiraspolda terror aktı baş verib. Aktın Rusiya xüsusi xidmət orqanları tərəfindən həyata keçirildiyi iddia olunub.

Aprelin 26-da Moldova hakimiyyəti Dnestryanıda vəziyyətin sülh yolu ilə nizamlanmasının tərəfdarı olduqlarını bəyan ediblər. Prezident Maya Sandunun sözlərinə görə, Dnestryanıdakı gərginliyə regionda təhlükəsizliyi, sabitliyi pozmaqda maraqlı olan "hərbiyönlü” qüvvələr səbəb olub: "Bu, regionu həssas edir və Moldova üçün risklər yaradır. Biz istənilən təxribatları və Moldovada sülhü poza biləcək cəhdlərini pisləyirik".

Eyni zamanda, Maya Sandu Rusiya prezidenti Vladimir Putinlə hər hansı danışıqlar aparmağı planlaşdırmadığını da bildirib.

Aprelin 26-da məlum iddia olunub ki, Rusiya qoşunları Dnestryanı bölgəsjnə raket hücumu həyata keçirməyə hazırlaşır və bunda Ukraynanı günahlandırır.

Aprelin 27-də Moldova Prezidenti Maya Sandu Moldovanın döyüşə hazır ordusu olmadığını etiraf edib. Dövlət başçısı vurğulayıb ki, Moldova peşəkar və müasir ordunun yaradılması üçün bütün səylərini səfərbər etməlidir.

Həmin Maya Sandu Rusiya qoşunlarının yerləşdiyi Dnestryanı bölgəsindən Ukraynaya qarşı heç bir gözlənilməz təhlükənin hələlik görmədiyini deyib.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->