Xəbər lenti

Rusiya: Moskva MAQATE-nin İranla bağlı qətnaməsini dəstəkləməyəcək
Dünya 12:44 07.06.2022

Rusiya: Moskva MAQATE-nin İranla bağlı qətnaməsini dəstəkləməyəcək

Rusiya Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (MAQATE) Rəhbərlər Şurasının hazırkı sessiyasında İranla bağlı qəbul ediləcəyi gözlənilən qətnaməni dəstəkləməyəcək. 

Qaynarinfo xəbər verir ki, bu sözləri Rusiyanın Vyanadakı beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Mixail Ulyanov öz Telegram kanalında yazıb.

O, bəyanatında Vyana danışıqlarının Qərb iştirakçılarının İranla bağlı qətnamə qəbul etmək niyyətini "JCPOA - Birgə Kompleks Fəaliyyət Planı üçün çox əks-məhsuldar” adlandırıb və Rusiyanın "heç bir halda özünü belə bir qətnamə ilə əlaqələndirməyəcəyini” vurğulayıb.

Ötən həftə İsrailin baş naziri Naftali Bennet İranın MAQATE-ni aldatdığını iddia edən sənədləri təşkilata təqdim edib. İsrail iddia edir ki, Tehran nüvə proqramında real vəziyyəti gizlətməyə çalışır. Bununla bağlı qərara agentliyin Rəhbərlər Şurasının iyunun 6-dan 10-dək Vyanada keçiriləcək iclasında baxılması planlaşdırılırdı.
 
Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->