Xəbər lenti

Rusiya müdafiə naziri Pentaqona Ukraynanın hansı “gizli əməliyyatı”ndan şikayət edib?
Dünya13:01 29.07.2024

Rusiya müdafiə naziri Pentaqona Ukraynanın hansı “gizli əməliyyatı”ndan şikayət edib?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ukrayna hərbi kəşfiyyatı Ukrayna Silahlı Qüvvələrinin müəyyən planlarının müzakirə olunduğu Moskvadan Vaşinqtona gözlənilməz zəng barədə məlumatı şərh edib.
Qaynarinfo NV-yə istinadən xəbər verir ki, 2024-cü il iyulun əvvəlində Rusiyanın müdafiə naziri Andrey Belousov Pentaqonun rəhbəri Lloyd Ostinə zəng edərək Ukraynanın Rusiyaya qarşı yönəlmiş "gizli əməliyyatı” barədə məlumat verib.
Baş Kəşfiyyat İdarəsindəki mənbə məlumatı təsdiqləyib.
Nəşrin həmsöhbəti həmçinin izah edib ki, tərəflər Ukrayna silahlı qüvvələrinin müəyyən hərəkətlərini müzakirə ediblər.
"Söhbət Rusiya ərazisində əməliyyatdan gedirdi, - deyə hərbi kəşfiyyat nümayəndəsi izah edib, - təəssüf ki, hələlik daha ətraflı məlumat verə bilmərik”.
Daha əvvəl "The New York Times” öz mənbələrinə istinadən yazıb ki, Rusiya müdafiə naziri amerikalı həmkarına zəng edərək Ukraynanın ABŞ-da "razılıq verdiyi” "gizli əməliyyatı” barədə məlumat verib. Jurnalistlərin sözlərinə görə, Pentaqon bu açıqlamadan təəccüblənib və belə bir əməliyyatdan xəbəri olmayıb. "Ancaq Belousovun nə deməsindən asılı olmayaraq, Pentaqonun hər üç rəsmisi bunun kifayət qədər ciddi qəbul edildiyini qeyd ediblər və amerikalılar ukraynalılarla əlaqə saxlayaraq vurğulayıblar ki, əgər belə bir şey planlaşdırırlarsa, bunu etməmək daha yaxşıdır”, - nəşr yazıb.
Nizami Bağırov