Xəbər lenti

Rusiya müdafiə nazirinin keçmiş müavini saxlanıldı
Dünya 15:33 29.08.2024

Rusiya müdafiə nazirinin keçmiş müavini saxlanıldı

Rusiya müdafiə nazirinin keçmiş müavini Pavel Popov saxlanılıb.

Qaynarinfo xəbər verir ki, bu barədə məlumatı Rusiya İstintaq Komitəsinin rəsmi nümayəndəsi Svetlana Petrenko komitənin "Telegram" kanalında məlumat açıqlayıb. 

Bildirilir ki, ehtiyatda olan ordu generalı külli miqdarda fırıldaqçılıqda ittiham edilir.
 
Məlumata görə, o, Moskva vilayətinin Krasnoqorsk rayonunda özünə məxsus olan ərazidə "Patriot" parkının hesabına tikinti-təmir işləri aparıb, eləcə də, müxtəlif maddi sərvətlərin tədarükünü təşkil edib.

Qeyd edək ki, 2013-cü ildən müdafiə nazirinin müavini olan P. Popov bu ilin iyunun 17-si Rusiya Prezidentinin Fərmanı ilə vəzifəsindən azad olunub və hərbi xidmətdən xaric edilib.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->