Xəbər lenti

Rusiya müharibəni kosmosa daşıyır - "The Time"
Dünya10:30 12.05.2022

Rusiya müharibəni kosmosa daşıyır - "The Time"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiya Yer orbitində peyklərə hücum edir, təyyarələrin, gəmilərin, avtomobillərin və adi smartfonların istifadə etdiyi GPS siqnallarını bloklayır.
Qaynarinfo xəbər verir ki, bu barədə "The Times”-da işıq görən məqalədə deyilir.
ABŞ Kosmik Komandanlığının rəhbəri, general Ceyms Dikinsonun sözlərinə görə, təcavüzkar ölkənin GPS (qlobal yerləşdirmə peyk sistemi) sisteminə hücumları "insanların və dünya ölkələrinin gündəlik həyatının bir hissəsinə” çevrilib. Rusiya peykləri sıradan çıxarmağa çalışır, çünki GPS sistemi Ukraynanın müharibədə istifadə etdiyi dronları idarə etmək və artilleriya atəşinin koordinatlarını müəyyən etmək üçün lazımdır.
"The Times” yazır ki, ABŞ kəşfiyyatı Rusiya işğalçılarının Çerniqov vilayətində elektron bloklama sistemindən istifadə etdiyi zaman GPS siqnalında ciddi nasazlıqlar qeydə alıb. Amerikalı hərbi ekspertlər qeyd ediblər ki, ruslar hətta Rusiyanın Ukraynaya genişmiqyaslı işğalından əvvəl də GPS siqnallarını bloklamaq üçün avadanlıqlar yerləşdiriblər.
Dikinson qeyd edib ki, Rusiya və Çin peyk əleyhinə silahların aktiv sınaqlarına görə ABŞ və onun kosmosdakı müttəfiqlərinin təhlükəsizliyinə ən böyük təhlükə yaradır. Bu ölkələr orbitə həm mülki, həm də hərbi kəşfiyyat üçün istifadə oluna bilən ikili təyinatlı peyklər buraxırlar.
Nizami Bağırov