Xəbər lenti

Rusiya Münhen təhlükəsizlik konfransına dəvət edilmədi: “Layiq deyil”
Dünya10:37 19.01.2023

Rusiya Münhen təhlükəsizlik konfransına dəvət edilmədi: “Layiq deyil”

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiya rəsmiləri 2023-cü ildə keçiriləcək Münhen təhlükəsizlik konfransına dəvət olunmayıb.
Qaynarinfo xəbər verir ki, bunu konfransın sədri Kristof Hoysgen Reuters agentliyinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, beynəlxalq hüququ pozan ölkə konfransa dəvətə layiq deyil. Tədbirin 17-18 fevral tarixlərində keçirilməsi planlaşdırılır.
"Biz beynəlxalq hüququ pozanlara çıxış üçün platforma vermək istəmirik”, - Münhen təşkilatının sədri bildirib. Reuters-in qeyd etdiyi kimi, Münhen konfransı həm də İsveçrənin Davos şəhərində keçirilən iqtisadi forumla yalnız müdafiə sahəsində müqayisə edilir.
Noyabrın 21-də Kristof Hoysgen Rusiyanın gələcəyini müzakirə etmək üçün Rusiya müxalifətinin nümayəndələrini konfransa dəvət etmək istədiyini açıqlayıb.
2022-ci il dekabrın 1-də Rusiya Xarici İşlər Nazirliyi Münhen konfransına marağı itirdiyini açıqlayıb. Nazirlik bildirib ki, son illər konfrans "sırf transatlantik foruma çevrilib, inklüzivliyini və obyektivliyini itirib”.
Nizami Bağırov