Xəbər lenti

Rusiya NATO-ya qoşulmaq istəyən Finlandiya və İsveçi təhdid etdi
Dünya08:01 12.04.2022

Rusiya NATO-ya qoşulmaq istəyən Finlandiya və İsveçi təhdid etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiya NATO-ya qoşulmaq istəyən Finlandiya və İsveçə xəbərdarlıq edib və təşkilatı qarşıdurma aləti adlandırıb.
Qaynarinfo Dailymail-ə istinadla xəbər verir ki, Kremlin sözcüsu Dmitri Peskov Finlandiya və İsveçin təşkilata qoşulmasının Avropada vəziyyəti düzəltməyəcəyini deyib.
"Biz dəfələrlə demişik ki, bu birlik qarşıdurmaya yönəlmiş alət olaraq qalır və onun daha da genişlənməsi Avropaya stabillik gətirməyəcək”, - Peskov açıqlamasında bildirib.
Peskovun açıqlaması Finlandiya baş naziri Aleksandr Stabbın ölkəsinin bir neçə həftə içində NATO-ya qoşulmaq üçün müraciət edəcəyini deməsindən bir neçə gün sonraya təsadüf edir.
Bundan əvvəl isə Rusiya Dumasının deputatı Vladimir Dzabarov Finlandiyanın NATO-ya qoşulmasını ölkənin dağıldılması demək olduğunu bildirmişdi. 
Nurlan Hüseynov