Xəbər lenti

Rusiya Nikolayevdə gübrə anbarını vurdu
Dünya13:33 01.05.2022

Rusiya Nikolayevdə gübrə anbarını vurdu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ukraynanın Nikolayev bölgəsində Rusia ordusunun atəşi nəticəsində gübrə ilə dolu bir kənd təsərrüfatı anbarına partlayıb.
Qaynarinfo xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin "Cənub” əməliyyat komandanlığı "Facebook" səhifəsində məlumat yayıb.
"600 kq-a yaxın gübrə partlayıb, yanğın baş verib. Xilasetmə xidmətləri çevik işləyib. Ətraf mühit və insanlar üçün heç bir kimyəvi təhlükə yoxdur", deyə məlumatda bildirilir.
İlkin məlumata görə, hadisə nəticəsində itki olmayıb.
Qeyd edək ki, mayın 1-də səhər saatlarında Nikolayev vilayətinin sakinləri sosial şəbəkələrdə partlayış səsləri eşitdikləri barədə yazıb və çəhrayı tüstü buludunu əks etdirən fotonu yayıblar. Daha sonra Nikolayev vilayəti hərbi administrasiyasının rəhbəri Vitali Kim faktı tədiqləyib.
Aydın