Xəbər lenti

Rusiya niyə çökmədi? - Senzuraya görə anonim yazan müəllifin təhlili
Dünya12:24 07.01.2024

Rusiya niyə çökmədi? - Senzuraya görə anonim yazan müəllifin təhlili

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Saşa Lenski (Sasha Lensky) "The Spectator"da tanınan Rusiya vətəndaşının təxəllüsüdür. O, senzura qanunlarına görə anonim yazır
Qaynarinfo onun yazısını təqdim edir:
2022-ci ilin fevralında Vladimir Putinin Ukraynaya təcavüzündən və Rusiya ordusunun fəlakətli ilkin səhvlərindən sonra bir çox Qərb ekspertləri haqlı olaraq Rusiyanın dağılması ehtimalı ilə bağlı həyəcanlandılar. "Rusiyanın süqutuna hazırlaşmağın vaxtıdır” - "Foreign Policy” saytında o zamanların tipik bir başlığı idi və keçən ilin yanvar ayında Atlantik Şurasının analitik mərkəzi tərəfindən 167 xarici siyasət eksperti arasında keçirilən sorğunun nəticələrinə görə, ekspertlərin 40%-i Rusiyanın on il ərzində ölkə daxilində "inqilab, vətəndaş müharibəsi, siyasi çöküş” və s. səbəblərə görə dağılacağını gözləyirdilər. Bu arada, Hadson institutunun məqaləsi daha göstərişli idi və orada "Sovet İttifaqının və Rusiya Federasiyasının dağılması və Avropanın üstünlüyünün qorunub saxlanımasına hazırlıq" zamanı nəzərə alınmalı məqamların siyahısı qeyd edilirdi. 
Buna baxmayaraq, iki il keçəndən sonra, Rusiya özünün hərbi kompleksini səfərbər edərək, həmçinin İran və Şimali Koreya kimi müttəfiqlərdən silah-sursat alaraq, qorxulu dərəcədə güclü vəziyyətdə görünür. Sanksiyalar da təsirli görünmür: Rusiyanın sənaye bazası, ola bilər ki, müharibənin özü ilə əlaqədardır, 3,6 faiz, sənaye istehsalı isə 7,5 faiz artıb. Əgər səfərbər olmamısınızsa, hazırda müntəzəm olaraq Ukrayna qüvvələrinin atəşi altında olan Rusiyanın sərhədyanı rayonlarında yaşamırsınızsa və xaricə səyahətə adət etməmisinizsə (RİA Novosti-nin məlumatına görə, rusiyalıların 70 faizi) həyatınız çox güman ki, o qədər də dəyişib. Həbs cəzası nəzərdə tutan "Rusiya ordusunu gözdən salmaq” ilə bağlı bir neçə senzura qanunları istisna olmaqla, ölkədə müharibə zamanı adi məhdudiyyətlər – tam hərbi vəziyyət, komendant saatı, hərbi patrul və ya qida norması yoxdur. 2022-ci ilin Qərbin "yenidən dirçəlməsindən” bəhs edən və Putinin öz opponentlərini "qiymətləndirməməsini” məsxərəyə qoyan 2022-ci ilin çoxsaylı məqalələrinə baxmayaraq, getdikcə daha çox görünür ki, parçalanma və parçalanmadan əziyyət çəkən Rusiya Federasiyası deyil, Qərbdir. Özü də, bu ölkələr Ukraynaya münasibətdə köklü şəkildə fərqli siyasət yürüdürlər. 
Bu ölkələr şərti olaraq dörd kateqoriyaya bölünür. A qrupunda Ukraynaya əhəmiyyətli yardımı davam etdirən və dəstəyi sarsılmaz olanlar yer alır: Almaniya, Böyük Britaniya, Baltikyanı ölkələr, Skandinaviya ölkələri və Niderland. Almaniya, zəif başlanğıcdan sonra, 2024-cü ildə Kiyevə yardımını ikiqat artırmaq planlarını açıqlayıb, Niderland və Danimarka isə Ukraynaya ABŞ istehsalı olan F-16 qırıcıları verir, ilk partiyanın yaxın bir neçə həftə ərzində gəlməsi gözlənilir. Bu arada, Böyük Britaniya - Boris Consonun hökumətin "zəif iştirakla" bağlı ittihamlarına baxmayaraq, ABŞ və Almaniyadan sonra Ukraynanın əsas təminatçılarından olaraq qalır.
Bu o demək deyil ki, bu ölkələr ÜDM nisbətində bərabər yardım göstərirlər. Kil iqtisadiyyat institutunun hesablamalarına görə, 2023-cü ilin oktyabr ayının sonuna Almaniya müharibə başlayandan bəri 20,9 milyard avro və ya ÜDM-in 0,52%-i, Böyük Britaniya isə 13,3 milyard avro və ya 0,45%-i dəyərində yardım göstərib. Bu rəqəmləri kontekstdə ifadə etsək, 1,3 milyon əhalisi olan Estoniya ÜDM-nin 1,3% ilə böyük töhfə verib.
B qrupuna çox olmasa da, hərbi yardım da daxil olmaqla yardım göstərən ölkələr daxildir və onların yardımının miqdarını müəyyən etmək çətindir (təlim və ya kəşfiyyat formasında ola bilər). Bu qrupa hər biri ÜDM-in 0,1 faizindən az payı olan Fransa, İspaniya, Belçika və İtaliya daxildir.
C qrupunda güclü başlayan, lakin dəstəyi azalan və ya hərbi yardımı tamamilə dayandıran ölkələr var, bu qrupa Slovakiya və Polşa daxildir. Polşanın ÜDM-dəki payı heyrətamiz dərəcədə 0,67% olsa da, iki ölkə arasında münasibətlər Polşanın Ukrayna taxılına tətbiq etdiyi embarqo, eləcə də sərhəd keçid məntəqələrinin davam edən blokadası səbəbindən gərginləşib. Dövlət hərbi yardımına gəlincə, bu, sadəcə olaraq, artıq olmayacaq: "Biz artıq Ukraynaya silah vermirik, çünki biz indi Polşanı daha müasir silahlarla silahlandırırıq”, – Polşanın Baş naziri deyib.
Slovakiya başqa bir nümunədir. O, əvvəlcə Ukraynanın möhkəm dəstəkləsə də, ölkənin bütün 13 MIQ təyyarələrini mühasirədə olan qonşusuna göndərsə də, Robert Fitsonun 2023-cü ilin oktyabrında hakimiyyətə qayıdışı ilə vəziyyət kəskin şəkildə dəyişib. Fitso dərhal hökumətinin bütün əvvəlki hərəkətlərinin - hərbi yardımının dayandıracağını bildirdi. "Bizim bu müharibəyə heç bir qarışacağımız yoxdur" - daha sonra Slovakiya parlamenti bu fikri dəstəklədi. 
Nəhayət, D qrupunda Macarıstan və Serbiya da daxil olmaqla, ÜDM-nin 0,05%-dən az göndərən və ya ümumiyyətlə heç nə göndərməyən ölkələrimiz var. Həqiqətən də, Macarıstan hökuməti Ukraynanın müharibə səylərinə verdiyi töhfələrə fəal şəkildə qarşı çıxır. Bu yaxınlarda, Macarıstanın Baş naziri Viktor Orban, dekabr ayında Macarıstanın Aİ-dən 50 milyard avroya veto qoymaqla gələcək yardımlar üçün "əyləci basa biləcəyinə" dair xəbərdarlıq etdi.
Bu arada, Serbiya bir növ balanslı hərəkətə cəhd etdi. Rusiya ilə tarixi əlaqələrə və Ukraynanın amerikapərəst siyasətinin Avropa kimliyinə xəyanət kimi qəbul etdiyinə görə (Belqradın NATO tərəfindən bombalanması, təxminən 25 il əvvəl baş versə də, serblərin yaddaşında hələ də təzədir) bu münaqişədə Kremlə kifayət qədər dəstək var və serblərin təxminən 80 faizi ona qarşı sanksiyaların əleyhinədir. Lakin 2012-ci ildən Aİ-yə namizəd olaraq Kremlə birbaşa dəstək mümkün deyil və bu ilin əvvəlində serb sursatlarının vasitəçilər vasitəsilə Ukrayna ordusuna çatdığı ortaya çıxanda prezident Aleksandr Vuçiç hər hansı repressiv tədbirləri rədd etdi: "Bizim üçün alternativ nədir? (Sursat) İstehsal etməyək? Satmayaq?”
Təbii ki, bütün bu fikir ayrılıqları Ukraynaya bütün Aİ ölkələrinin birləşdiyindən daha çox hərbi yardım göstərən, lakin indi daxili parçalanmalar səbəbindən iflic kimi görünən ABŞ ilə müqayisədə solğun görünür. Bayden administrasiyası Ukraynaya 61 milyard dollar vəd etsə də, respublikaçılar bunun qarşısını aldılar və əlavə etdilər ki, Kiyevə yardım ABŞ sərhədlərinin təhlükəsizliyi üçün artan maliyyə ilə əlaqəli olmasa, müqavimət göstəriləcək. Bu qarşıdurmanın nəticəsini hələ görmək lazımdır; Konqresdə müzakirələr gələn həftələrdə də davam edəcək.
Bu arada bütün Qərb təlatüm içindədir. Bu münaqişədə o, bir vaxtlar artıq paylaşmadıqları dəyərlərlə birləşmiş ölkələrin parçalanmış konqlomeratı deyil, əsl qlobal təhlükəsizlik qüvvəsi olaraq qalmağa davam edə biləcəkmi? Bu, gələn ilin əsas suallarından biridir. Hazırda Qərbin 2022-ci ilin görünən dirçəlişindən sonra tərəddüdlü qərarını xərçəng qorxusundan siqareti dərhal buraxan bir insanın davranışına bənzətmək olar – ancaq təhlükənin yaddaşı azaldıqca, onun vərdişi əvvəlki, həyatı üçün təhlükə yaradan səviyyələrə qayıdır.
Rusiyanın sağ qalmasına gəlincə, bəlkə də ən real proqnozu Vyana Mərkəzi Avropa Universitetinin professoru, tarixçi Aleksandr Etkind verib. Ötən ay Rusiyanın "Novoye vremya” qəzetinə verdiyi müsahibədə o, nikbin, lakin realist idi. O bildirib ki, Rusiya imperiyası, tezliklə olmasa da, Ukraynadakı müharibə nəticəsində dağılacaq: "Biz bu baş berənə qədər sağ qalmağa çalışmalıyıq”.
Nizami Bağırov