Xəbər lenti

Rusiya növbəti işğalın anonsunu verir: Qurban hansı ölkədir?
Dünya13:34 08.06.2022

Rusiya növbəti işğalın anonsunu verir: Qurban hansı ölkədir?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
SSRİ Dövlət Şurasının "Litva Respublikasının müstəqilliyinin tanınması haqqında” qərarının ləğvi ilə bağlı Rusiya Dövlət Dumasına qanun layihəsi təqdim edilib. Təşəbbüs "Vahid Rusiya” partiyasından olan deputat Yevgeni Fedorov tərəfindən irəli sürülüb.
Qaynarinfo xəbər verir ki, bu barədə "Moskovski Komsomolets” məlumat yayıb. 
Qanun layihəsinə əlavə olunan izahat yazısında deputat öz təklifini onunla əsaslandırır ki, ölkə Konstitusiyasına edilən dəyişikliklərdən sonra Rusiya Federasiyası onun ərazisində SSRİ-nin hüquqi varisi kimi tanınıb.
O, həmçinin qeyd edib ki, 1991-ci ilin martında Sovet İttifaqında referendum keçirilib və nəticədə əhali SSRİ-nin vahid dövlət kimi qorunub saxlanmasına tərəfdar olduğunu bildirib.
Lakin həmin ilin sentyabrında SSRİ Prezidenti Mixail Qorbaçovun sədrliyi ilə SSRİ Dövlət Şurasının birinci iclasında Şuranın "SSRİ Dövlət Şurasının "Litva Respublikasının müstəqilliyinin tanınması haqqında” GS-1 saylı Qərarı qəbul edilib.
Fedorov israr edir ki, bu qərar SSRİ Konstitusiyasının bir sıra maddələrini pozmaqla qeyri-konstitusiya orqanı tərəfindən qəbul edildiyindən qanunsuz olub. 
Nizami Bağırov