Rusiya Federasiyasının Ədliyyə Nazirliyi fiziki şəxs-xarici agentlərin reyestrinə altı nəfəri daxil edib, o cümlədən musiqiçi Andrey Makareviç, ukraynalı jurnalist Dmitri Qordon (Rusiya təşkilatlarının və şəxslərin Rusiya siyahısına daxil edilib, onların işində ekstremist fəaliyyət və ya terrorizmdə iştirakı barədə məlumatlar var) və onun rusiyalı həmkarı Katerina Qordeeva, İvan Jdanov (Rosfinmonitoring tərəfindən terrorçular və ekstremistlər siyahısındadır), iş adamı və ictimai xadim Boris Zimin, politoloq Fyodor Kraşeninnikov.
Qaynarinfo bu barədə özü xarici agent siyahısına salınmış Rosbalt-a istinadla xəbər
verir.
Nazirliyin məlumatına görə, bu şəxslər Ukraynadan maliyyə alaraq siyasi fəaliyyətlə məşğul olurlar.
Xarici media agentləri siyahısına həmçinin aktyor və teleaparıcı Mixail Şats, siyasətçi Yuliya Qalyamina, bloger Kirill Fedorov, jurnalist və politoloq Sergey Medvedev, baş reaktor Kirill Martınov, jurnalist Sergey Loyko, həmçinin "Novosti” Məhdud Məsuliyyətli Cəmiyyəti də daxildir.
Alpər