Xəbər lenti

Rusiya ordusu iri miqyaslı hərbi təlimlərə hazırlaşır - FOTOLAR
Dünya13:00 30.11.2013

Rusiya ordusu iri miqyaslı hərbi təlimlərə hazırlaşır - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Rusiya ordusu 2014-cü ildə iri miqyaslı hərbi təlimlərə hazırlaşır.

Ans press-in verdiyi məlumata görə, bunu Rusiya müdafiə nazirinin birinci müavini, ordu generalı Arkadi Baxin bildirib.

Bir neçə ay əvvəl Belorusda və Kalininqrad vilayətində keçirilən "Qərb-2013" təlimlərini xatırladan nazir müavini qeyd edib ki, növbəti təlimlər ölkənin şərq regionunu əhatə edəcək. A.Baxin, "Şərq-2014" təlimlərinin növbəti ildə döyüş hazırlığını yoxlamaq məqsədi ilə keçirilən ən böyük tədbir olacağını deyib.

O əlavə edib ki, tədbir bütün Silahlı Qüvvələri əhatə edəcək və planlı şəkildə həyata keçiriləcək: "Bu, qoşun növlərinin gücünün yoxlanılması, həmçinin kollektiv təhlükəsizliyin təmin olunması məqsədi ilə həyata keçirilir".

Baxinanın sözlərinə görə, bu il qoşunlarda 3 mindən çox təlim keçirilib ki, onlardan təxminən 400-ü böyük tədbirlərdir. Nazir müavini qeyd edib ki, 2014-cü ildə həm də 29 beynəlxalq təlimlərin keçirilməsi də nəzərdə tutulub.

Qaynar.info