Xəbər lenti

Rusiya ordusu psixi sağlamlıq böhranı ilə üzləşir - Britaniya kəşfiyyatı
Dünya07:03 11.10.2023

Rusiya ordusu psixi sağlamlıq böhranı ilə üzləşir - Britaniya kəşfiyyatı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiya ordusu psixi sağlamlıq böhranı ilə üzləşib. 2022-ci ilin dekabrında rusiyalı psixoloqlar posttravmatik stress pozğunluğundan (PTSP) əziyyət çəkən 100 minə yaxın hərbi qulluqçunun olduğunu müəyyən ediblər.
Qaynarinfo bu barədə Britaniya Müdafiə Nazirliyinin X sosial şəbəkəsində dərc edilən gündəlik icmalına istinadən xəbər verir.
İcmalda qeyd edilir ki, bu rəqəm indi daha çoxdur, çünki Rusiya ordusu kifayət qədər rotasiya və döyüş meydanından bərpanı təmin edə bilmir.
Bu problemə bir neçə komandir, o cümlədən 2023-cü ilin iyulunda komandanlıqdan uzaqlaşdırılan 58-ci Əlahiddə Ümumqoşun Ordunun keçmiş general-mayoru İvan Popov diqqət yetirib. 
Britaniya kəşfiyyatının məlumatına görə, Rusiya həkimlərinin döyüş üçün yararsız əsgərləri cəbhəyə göndərdiyinə dair başqa əlamətlər də var. 2023-cü ildə Rusiya hərbi həkim komissiyalarına qarşı 2022-ci ilə nisbətən daha çox apellyasiya şikayəti verilib, bir çox şikayətlər rədd edilib və ya təmin edilməmiş saxlanılıb. 
"Əsgərlərinin psixi sağlamlığı və döyüşə hazırlığı ilə bağlı qayğının olmaması səbəbindən Rusiyanın döyüş effektivliyi qeyri-optimal səviyyədə qalmaqda davam edir", deyə Britaniya Müdafiə Nazirliyi qeyd edir.
Nizami Bağırov