Rusiya Ukraynada hərbi planını həyata keçirə bilmədi.
Qaynarinfo "Amerikanın səsinə istinadla xəbər verir ki, bunu ABŞ ordusunun baş qərargah rəisi general Ceyms Makkonvil ABŞ Senatının Silahlı Qüvvələr Komitəsində dinləmələr zamanı
deyib.
"Rusiyanın planı çox mürəkkəb idi. Belə bir plan yüksək hazırlıqlı və nizam-intizamlı əsgərlər tələb edir. Onların belə qabiliyyəti yox idi. Onların kifayət qədər təlim keçmiş əsgərləri də yox idi”, - deyə Makkonvil bildirib.
O qeyd edib ki, belə bir hərbi planı həyata keçirmək üçün Rusiyaya xeyli yaxşı logistika sistemi lazım idi.
"Ukraynalılarda Rusiyanın sahib olduğu güc və qabiliyyət olmaya bilər, lakin ukraynalıların iradəsi var. Siz vahid komanda qurduğunuz zaman bu vacibdir. Bu, başqa yerlərdə gördüyümüzdən fərqlidir", - Makkonvil əlavə edib.
Bundan əvvəl Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı cəbhədəki vəziyyət barədə məlumat vermişdi: onlar hücumlardakı uğursuzluqlar və Rusiya Federasiyasının itkisi barədə danışırdılar. Belə ki, işğalçıların Popasnaya və Rubijneni tutmağa və Liman və Severodonetsk istiqamətlərində hücumu davam etdirməyə uğursuz cəhd göstərdiyi bildirilir.
Alpər