Rusiya ordusu Ukrayna əks-hücumunun təzyiqi altında mövqelərini itirməyə başlayandan və Xarkov vilayətindəki 10 minlik qruplaşmanın mühasirəyə alınmaq təhlükəsi ilə üzləşdikdən sonra Rusiya prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasını çağırır.
Qaynarinfo bu barədə moscowtimes.ru-ya istinadla xəbər
verir.
Cümə günü Təhlükəsizlik Şurasının daimi üzvləri, 12 yüksək vəzifəli məmur, o cümlədən, bütün hüquq-mühafizə orqanlarının (Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, FSB, Xarici Kəşfiyyat Xidməti) rəhbərləri, həmçinin parlamentin hər iki palatasının sədrləri, xarici işlər naziri Sergey Lavrov, keçmiş prezident Dmitri Medvedev və katib Nikolay Patruşev də daxil olmaqla, Putinlə görüşə çağırılıb.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov brifinqdə bildirib ki, günün ortasında Təhlükəsizlik Şurası ilə operativ iclas keçiriləcək. O, əlavə edib ki, Kreml döyüş əməliyyatlarının gedişi ilə bağlı şərh verməyəcək.
Nizami Bağırov