Xəbər lenti

Rusiya ordusu Xəzər dənizindən Ukraynaya 6 raket atdı
Dünya19:54 16.07.2022

Rusiya ordusu Xəzər dənizindən Ukraynaya 6 raket atdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiya ordusu son sutkada Xəzər dənizi regionundan Ukraynaya 6 raket atıb.
APA xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələri məlumat yayıb.
Altı ədəd "X-101” (X-555) raketi "Tu-95MS” bombardmançı təyyarədən atılıb.
Saat 16:30 radələrində Dnepropetrovsk vilayətinin Zaporojye şəhərində Hava Hücumundan Müdafiə Bölmələri tərəfindən dörd raket məhv edilib.
Digər ikisi Çerkassı vilayətindəki boş əraziyə düşüb.