Luqansk vilayətinin Beloqorivka şəhərində məktəbə endirilən hava hücumu nəticəsində 60 nəfər həlak olub.
Qaynarinfo UNIAN-a istinadən xəbər verir ki, bu barədə Luqansk Regional Hərbi Administrasiyasının rəhbəri Serhi Qayday öz "Telegram" səhifəsində məlumat
verib.
Onun sözlərinə görə, rusların kimi öldürməsi veclərinə deyil:
"Beloqorovkada məktəbə endirilən hava zərbəsi nəticəsində 60 nəfər həlak olub. Mayın 7-də saat 16:37-də Beloqorovkada Rusiya aviasiyasının zərbəsi nəticəsində məktəb binasında yanğınlar baş verib. Tədris ocağında baş verən yanğın dörd saat ərzində söndürülüb. Dağıntıların analizi aparılıb və təəssüf ki, iki nəfərin cəsədi tapılıb. Dağıntılar altından 30 nəfər təxliyə edilib, onlardan 7-si yaralanıb. Çox güman ki, binaların dağıntıları altında qalan 60 nəfərin hamısı həlak olub. Bunlar "Rus dünyası"nın əsl vəhşilikləridir: bomba sığınacağı olan məktəbin kinli atəşə tutulması, Privolyedə uşaqların öldürülməsi. Hərbçi müdafiəsiz uşağı öldürə bilməz”.
UNIAN-ın daha əvvəl xəbər verdiyi kimi, mayın 7-də rus işğalçıları Beloqorovka kəndində zirzəmidə 90-a yaxın insanın gizləndiyi məktəbə hava bombası atıb.
Xəyal Abdullayev