
Rusiya təhlükəsizlik qüvvələrinın Şimali Qafqaz respublikalarından olan Şimali Osetiyada əməliyyata başladığı bildirilib.
Qaynar.info-nun məlumatına görə, Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) tərəfindən verilən açıqlamada Şimali Osetiyanın Mozdok bölgəsində həyata keçirilən əməliyyatın önəmli qurumların qorunması, təhlükəsizliyin əldə edilməsi və terror aksiyalarının qarşısının alınması məqsədi daşıdığı bildirilib.
Ərazidə irimiqyaslı axtarışların aparıldığını bildirən rəsmilər, insan və texnikanın hərəkətinin məhdudlaşdırıldığını deyiblər.
Qaynar.info