Bu gün Rusiya peyk televiziyalarının menyusu dəyişdirilərək efirdə "Əlinizdə qan var" mesajı göstərilib.
Qaynarinfo "Reuters" agentliyinin əldə etdiyi məlumata əsasən xəbər
verir.
Qələbə paradının qeyd olunduğu vaxtarda Rusiya peyk kanallarının hamısında müharibə əleyhinə mesaj göstərilib.
"Minlərlə ukraynalının, yüzlərlə öldürülmüş uşağın qanı var əlinizdə",- mesajda yazılıb.
Başqa bir mesajda isə yazılıb: "TV və hakimiyyət yalan danışır. Müharibəyə yox".
Mesajlar Putinin Qələbə paradında çıxışından əvvəl peyda olub.
İnterfax agentliyinin məlumatına görə, mesajlar sonradan kabel televizyalarda da nümayiş olunub.
Nurlan Hüseynov