Xəbər lenti

Rusiya peyki meteoritlə toqquşdu, istiqamətini itirdi
Dünya07:10 24.12.2019

Rusiya peyki meteoritlə toqquşdu, istiqamətini itirdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiya meteoroloji peyki Meteor-M 2-2 mikrometeoritlə toqquşub.
Qaynarinfo izvestia.ru-ya istinadla xəbər verir ki, hadisə dekabrın 18-də baş verib. Dövlət korporasiyası toqquşmadan sonra cihazın orbitini dəyişdirdiyini və istiqamətini itirdiyini qeyd edib.
"18 dekabr 2019-cu ildə 2-2 nömrəli Meteor-M kosmik gəmisində xarici təsirə (ehtimal ki, bir mikrometeorit) görə anormal bir vəziyyət qeydə alınıb", - RİA Novosti yazıb.
Fövqəladə vəziyyət səbəbiylə Meteor-M Rusiya izləmə avadanlıqları zonasına girməmiş enerji qənaət rejiminə keçib.
Hazırda Meteor-M ilə rabitə və idarəetmə bərpa edilib. Mütəxəssislər bucaq sürətlərini azaltmaq və cihazı standart istiqamətə yönəltmək üzərində iş aparıblar.