Xəbər lenti

Rusiya PUA-ları 5 saatdan çox Kiyevə hücum etdi - Təfərrüatlar
Dünya 11:11 30.09.2024

Rusiya PUA-ları 5 saatdan çox Kiyevə hücum etdi - Təfərrüatlar

Sentyabrda Rusiya Kiyevə dördüncü dəfə havadan hücum edib - 30-a keçən gecə, ilkin məlumata görə, düşmən "Şahed” tipli hücum pilotsuz təyyarələrindən istifadə edib. Gecə saatlarında düşmənin pilotsuz təyyarələri müxtəlif istiqamətlərdən dalğalarla gəlib.

Qaynarinfo xəbər verir ki, bu barədə Kiyev Şəhər Hərbi İdarəsi məlumat yayıb.

"Paytaxtda hava hücumu xəbərdarlığı 5 saatdan çox davam etdi, Kiyevi təhdid edən bütün Rusiya hücum təyyarələri hava hücumundan müdafiə qüvvələri və vasitələri tərəfindən zərərsizləşdirilib”, - məlumatda deyilir.

İlkin məlumata görə, Ukraynanın paytaxtına pilotsuz təyyarənin endirilməsi nəticəsində dağıntı və tələfat olmayıb. Sentyabrın 30-da Kiyevdə hava hücumu xəbərdarlığı saat 1:06-da edilib, saat 6:09-da isə bitib.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->