Xəbər lenti

Rusiya Qara dənizdə Ukrayna taxılı daşıyan gəmiləri partlada bilər - Britaniya kəşfiyyatı
Dünya10:36 05.10.2023

Rusiya Qara dənizdə Ukrayna taxılı daşıyan gəmiləri partlada bilər - Britaniya kəşfiyyatı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiya Ukrayna taxıl ixracını dayandırmaq üçün Ukraynanın Qara dəniz limanlarına yaxın ərazilərə dəniz minaları yerləşdirərək, Ukrayna taxılını daşıyan mülki gəmilərə hücum edə bilər. 
Qaynarinfo xəbər verir ki, bu barədə Britaniya Xarici İşlər Nazirliyi Britaniya kəşfiyyatının məxfi məlumatlarına istinadən bildirib. 
Londonun fikrincə, Rusiya yeni humanitar dəhlizlə üzən ticarət gəmilərinə birbaşa hücum etmək niyyətində deyil, onları gizli şəkildə batırmağa çalışacaq. Britaniya Xarici İşlər Nazirliyi xəbərdarlıq edib ki, bundan sonra onlar məsuliyyətdən yayınmaq üçün Ukraynanı günahlandırmağa çalışacaqlar. XİN əlavə edib ki, Rusiyanın planlarını pozmaq üçün bu məlumatı ictimaiyyətə açıqlayacaq və London kəşfiyyat və müşahidə vasitələri ilə Qara dənizdəki vəziyyəti izləyir.
"Dünya bunu izləyir və biz Rusiyanın hücumlarda günahı Ukraynanın üzərinə atmaq cəhdlərini görürük”, - Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverli bildirib. 
Mütəxəssislər "The Guardian”a bildirirlər ki, Rusiya Qara dəniz limanları yaxınlığında hər biri 24 mina daşıya bilən üç "Kilo” tipli sualtı qayıqdan istifadə edərək dəniz minaları yerləşdirə bilər..
Nizami Bağırov