"Çox yaxın gələcəkdə Moskvada İran Milli Qaz Şirkəti ilə Rusiya tərəfi arasında Rusiyadan qazın alınması və mübadiləsi üzrə yekun müqavilə imzalanacaq”.
Qaynarinfo İranın "Mehr'" agentliyinə istinadən xəbər verir ki bunu İranın neft naziri Cavad Oci deyib.
"Mehr"in məlumatına görə, Cavad Oci Rusiya prezidentinin böyük köməkçisi İqor Levitinlə söhbətindən sonra bildirib ki, nəqliyyat departamentində Rəşt-Astara dəmir yolu xəttinin tikintisi və Gərmsar-İncebron dəmir yolu xəttinin elektrikləşdirilməsi ilə bağlı müzakirələr aparılıb, belə ki, Rusiya banklarından maliyyələşdirmə öhdəlikləri yerinə yetirilib və Rusiya prezidentinin böyük köməkçisi tam səlahiyyətə malik olduğundan, bu layihələr tezliklə fəaliyyətə başlayacaq.
Rusiyanın iri şirkətləri ilə 40 milyard dollarlıq anlaşma memorandumunun imzalanmasına toxunan neft naziri deyib ki, ölkələr arasında memorandum və müqavilələr var:
"İndi bizim Rusiya ilə yeddi neft-qaz yatağının işlənməsinə dair müqavilələrimiz var və digər 14 sahə üzrə isə danışıqlar aparılır".
Qeyd edilir ki, İranın neft nazirinin İran və Rusiya arasında qaz mübadiləsi ilə bağlı xəbəri İran və Rusiya arasında 20 illik yeni sazişin tərkib hissəsidir.
M.Arif