Xəbər lenti

Rusiya Qərb-2023 hərbi təlimlərini ləğv edib - Britaniya kəşfiyyatı səbəbləri açıqladı
Dünya09:37 28.08.2023

Rusiya Qərb-2023 hərbi təlimlərini ləğv edib - Britaniya kəşfiyyatı səbəbləri açıqladı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiya çox güman ki, sentyabrda keçiriləcək ən böyük hərbi təlimi olan "Qərb-2023”ü ləğv edib.
Qaynarinfo xəbər verir ki, bu barədə Britaniya Müdafiə Nazirliyinin X-də (keçmiş Twitter) kəşfiyyat məlumatlarının xülasəsində deyilir. 
Kəşfiyyat xidməti xatırladıb ki, Rusiya 2010-cu ildən bütün ölkə ərazisində təlimlər keçirir. 2021-ci ildən bəri onlar, Kremlin fikrincə, "NATO-dan gələn təhlükəyə qarşı çıxmaq” fonunda ölkənin qərbində keçirilir. 
Sovet dövründən bəri ən böyük təlim olan "Qərb-2021” Ukraynaya genişmiqyaslı işğalın başlamasına altı aydan az vaxt qalmış Belarusla birgə keçirilib.
Britaniya kəşfiyyatı aydınlaşdırıb ki, "Qərb 2023” təliminin ləğv edilməsinin səbəbləri Rusiya işğalçı qüvvələrinin Ukraynadakı uğursuzluqları, eləcə də qoşun və texnikanın kifayət qədər olmamasıyla bağlı ola bilər.
"Rusiya rəhbərliyinin ölkə daxilindən gələn tənqidlərə də həssas olması ehtimalı var, bu da müharibə vaxtı hazırlanmış təliminin keçirilməsi ilə əlaqədar yarana bilər”, - Britaniya Müdafiə Nazirliyi yekunlaşdırıb.
Nizami Bağırov