Xəbər lenti

Rusiya-Qərb münasibətlərini bərpa eetmək üçün neçə il lazım olacaq?
Dünya06:26 08.11.2022

Rusiya-Qərb münasibətlərini bərpa eetmək üçün neçə il lazım olacaq?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Rostex” Rusiya ilə Qərb ölkələri arasında münasibətlərin bərpası üçün lazım olan dövrü 20-30 il hesablayıb. 
Qaynarinfo xəbər verir ki, bu barədə "RİA Novosti”yə korporasiyanın icraçı direktoru Oleq Yevtuşenko məlumat verib.
"Əlbəttə, Avropa ilə də münasibətlər bərpa olunacaq, bu proses uzun çəkəcək, 20 və ya 30 il davam bilər. Amma Qərbdə Rusiyaya münasibət gec-tez müsbətə doğru dəyişəcək, biz buna əminik”, deyə Yevtuşenko bildirib.
Onun sözlərinə görə, "Rostex” beynəlxalq əməkdaşlığı məhdudlaşdırmır, əksinə, öz işini gücləndirir. Lakin Ukraynada müharibə başlayandan sonra dövlət korporasiyasının xarici tərəfdaşları əməkdaşlıqdan imtina etmək məcburiyyətində qalırlar. Nəticədə Hindistan və Çinlə ticarət dövriyyəsi "çox artıb", lakin Qərb şirkətləri Rusiya sənayesi üçün vacib olan komponentlərin tədarükünü dayandırıb. Eyni zamanda, Moskva bəzi mövqeləri tam əvəz edə bilməyəcək: "100 faiz yerli məhsul çox baha olacaq, iqtisadiyyata zərbə vuracaq. Bu, təkcə Rusiyaya deyil, digər ölkələrə də aiddir”. 
Müharibə başlayandan sonra Rusiya ilə münasibətləri xarakterizə edən Almaniya prezidenti Frank-Valter Ştaynmayer bunu "epoxal ayrılma” adlandırıb. "İndiki Rusiyaya baxanda köhnə xəyallara yer yoxdur. Bu gün ölkələrimiz bir-biri ilə üz-üzədir”, deyə Ştaynmayer bildirib.
Nizami Bağırov